15 C
Baku
Saturday, April 20, 2024

24-25 May Marketinqdə optimal həllər müzakirə ediləcək!

May ayının 24-25 tarixlərində Hünər liseyində VII Milli Marketinq Forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.

Milli Marketinq Forumu Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.

Əsrin müqaviləsinin 25 illiyinə həsr olunan forumda əsas deviz “Optimal həllər” seçilmişdir. Forumda Milli Keyslər, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, İstehlakçı davranışı, Bloqçuluq və Trendlər kimi panellər olacaq. Bütün panellər üzrə biznes sahibləri və mütəxəssislər biznesdə optimal həllərdən danışacaqlar.

Forumun biletləri artıq satışdadır. Biletləri Forumun saytındaFacebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 50 AZN

VII Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:

Təşkilatçı: Marketinq Azərbaycan, Facemark.az, Marketing AİR

Kreativ tərəfdaş: Fil Agency

Dijital tərəfdaş: ELSEO

Proqram tərəfdaşı: Logix

Bilet tərəfdaşı: Ticketsetup

Çap və Promo dəstəyi: CREA TIME

Daha ətraflı:

Millimarketinqforumu.com

Facebook.com/millimarketinqforumu

+994 51 295 46 77

e4ijrlwk

Son xəbərlər
Digər xəbərlər