12 C
Baku
Wednesday, December 11, 2024

24 dollara satılan Manhetten

1602-ci ildə Hollandiya rəhbərliyi Şərqi-Hindistan şirkətini yaradır və onun qarşısına belə bir məqsəd qoyur: Asiyaya gedən şimal-qərb yolunu tapmaq və ölkəyə açıq ərazilər birləşdirmək. 3 sentyabr 1609-cu ildə bu şirkətə işləyən ingilis dənizçi Henri Hadson indiki Nyu-York ərazisinə gəlib çatır. O sahil xəttini tədqiq edir və 12 sentyabr 1609-cu il tarixində kəşf etdiyi ərazini işçisi olduğu şirkətin mülkü elan edir. Lakin Asiyaya yol tapılmır, Hadson tərəfindən kəşf edilən ərazi Şimali Amerika üçün xəz ticarəti üçün ən yaxşı məkan idi. 

Tezliklə Amsterdamdan gəlmiş təqribən 30 ailə ilə burada Yeni Hollandiya əyaləti yaradılır. 1625-ci ildə böyük qəsəbə Yeni Amsterdam adını almış ilk şəhərə çevrilir. 1626-ci ildə isə Yeni Hollandiyanın üçüncü direktoru Peter Minuit tarixi müqaviləni həyata keçirir. Belə ki, o adanı yerli hindulardan cəmi 60 gulden (24 müasir dollar) dəyərində olan əşyalar qarşılığında alır. Ada manna-hata sözündən əmələ gələrək Manhetten adlanırdı və tərücmədə “təpəli və yaxud kiçik ada” mənasını verirdi. Yarım əsrdən sonra isə adanı hollandlardan britaniyalılar alır.

Onlar Yeni Amsterdam adını İngiltərə kralı II Karlın kiçik qardaşı York hersoqunun şərəfinə New-York adlandırırlar. Maraqlıdır ki, hətta Amerikada vətəndaş müharibəsi dövründə üsyan etmiş müstəmləkəçilər 1783-cü ilə qədər ingilis qüvvələrinin təxliyyə edilməsinə qədər Manhetteni ələ keçirə bilməmişdilər. Azadlıq uğrunda gedən müharibədə New-York ingilislərin əsas dayağı olaraq qalırdı. Nəticədə New-York əhəmiyyətli dərəcədə böyüyür və artıq 5 adadan ibarətdir. Hazırda Manhetten New-Yorkun ən bahalı ərazisidir.

Son xəbərlər
Digər xəbərlər