17 C
Baku
Monday, October 14, 2024

24 il Azərbaycanda fəaliyyət göstərən şirkət bağlandı

Azərbaycanda 24 ildir ki, fəaliyyət göstərən şirkət ləğv edildi.

Banker.az xəbər verir ki, “El-Ve-Em Ltd” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1021 Bakı şəhəri, SƏBAİL rayonu, BADAMDAR ŞTQ, ev MASSİV 2, EV 231 ünvanına bildirə bilərlər.

Bildirək ki, “El-Ve-Em Ltd” şirkəti 1996-cı ildə qeydiyyata alınıb. Hazırda GLASURİT (Almaniya), STATOİL (Norveç), LOTOS (Polşa), NOVOL (Polşa), LUXE (Rusiya), VERSHİNA (Rusiya), DYO (Türkiyə), DİVİNOL (Almaniya), SİA(İsveçrə), Arko (İran) kimi istehsalçılarının Azərbaycanda yeganə distribüteridir. Şirkət adları çəkilən malları Azərbaycana idxal edir və onların topdan ticarətini həyata keçirir.

“El-Ve-Em Ltd” şirkətinin nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Elçin Məhərrəmovdur.

 

Son xəbərlər
Digər xəbərlər