24 illik şirkətə yeni direktor təyin ediləcək

29 iyun 2026-cı il tarixində “Gəncə Elektrikquraşdırma-4 ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın keçirilməsi Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi 290 ünvanında yerləşən inzibati ofisində, saat 12:00-da təyin edilmişdir.

Səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi “Gəncə Elektrikquraşdırma-4 Açıq Səhmdar Cəmiyyətinin direktorunun vəzifədən azad edilməsi və yeni direktorun (direktorlar şurası üzvlərinin) təyinatı və digər təşkilatı məsələlər daxil edilmişdir.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqənizlə yaxınlaşmağınız xahiş olunur. Nümayəndə vasitəsilə iştirak edildikdə etibarnamə təqdim edilməsi tələb olunur.

Xatırladaq ki, “Gəncə Elektrikquraşdırma-4″ ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 39 422 manatdır və qanuni təmsilçisi Xıdır Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər