8 aprel 2022-ci il saat 14.00-da “F.S” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncagın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
2. Cəmiyyətin icra orqanının rəhbərinin seçilməsi.
3. Müşahidə şurasının seçilməsi.
4. Maliyyə-təftiş müfəttişinin seçilməsi.
5. Cəmiyyətin 2018-2021-ci illər üzrə maliyyə hesabatlarının və illik maliyyə balansının təsdiq edilməsi.
6. Dividendlərin bölüşdürülməsi.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 16.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu – 012-564-25-76.
Ünvan – Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə.