9 C
Baku
Friday, December 13, 2024

Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir

Rusiya Azərbaycanla helikopterlərin satın alınması ilə bağlı məsələni müzakirə edir.

Bu barədə Interfax agentliyinə müsahibəsində Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib. Onun sözlərinə görə, yaxın qonşularla hərbi-texniki əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir. Bu portfelin MDB ölkələri ilə əməkdaşlıq üzrə dəyəri təxminən 2 milyard dollar həcmindədir.

Ölkəmizlə əməkdaşlığın davam etdiyini bildirən nazirliyin rəhbəri əlavə edib ki, Azərbaycanla işbirliyi əsasən satışdan sonrakı xidmətin, quru qoşunlarının texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsindən olan helikopter texnikasının təmiri mərkəzinin yaradılmasına yönəlib. Bununla yanaşı, son məhsulun satılmasına dair məsələ müzakirə olunur.

D. Şuqayev onu da xatırladıb ki, indi gündəmdə Türkiyəyə əlavə S-400 zenit-raket kompleksi partiyasının satılması dayanır. Hazırda sistemin tərkibi, çatdırılma müddəti və digər şərtlər razılaşdırılır. Həmçinin Türkiyə tərəfinin istehsal prosesində müəyyən iştirakı nəzərdə tutulur.

Azərtac

Son xəbərlər
Digər xəbərlər