12 C
Baku
Thursday, November 14, 2024

“Dyson” tozsoranların yaradıcısı süni nəfəs aparatı istehsal edəcək

Məşhur “Dyson” tozsoranların yaradıcısı, britaniyalı milyarder Ceyms Dayson süni nfər aparatlarının istehsalı ilə məşğul olacaq.

C.Daysonun nümayəndəsi “Forbes” nəşrinə açıqlamasında milyarderin Böyük Britaniya hökumətinin xahişinə müsbət cavab verdiyini və ağır koronavirus infeksiyası olan xəstələrin xilas olmasında mühüm rol oynayan aparatların layihələndirilib istehsalı ilə məşğul olacağını söyləyib.

Nümayəndə etiraf edib ki, söhbət son dərəcə qısa müddətdə həyata keçirilməli olan çox mürəkkəb layihədən gedir. O, “Dyson”un hava axını ilə əlaqəli cihazların yaradılması təcrübəsinin bu işin öhdəsindən gəlməyə kömək edəcəyini bildirib.

C.Daysonun özü süni nəfəs aparatlarının laboratoriyada və insanlar üzərində sınaqdan keçiriləcəyini və yalnız bundan sonra təcili ehtiyacları ödəmək üçün istehsalı artırmağın mümkün olacağını söyləyib.

dyson aparat
Daha əvvəl Böyük Britaniya Səhiyyə Nazirliyi xəstəxanaların sərəncamında olan 8 755 süni nəfəs aparatının 60 milyonluq əhali üçün kifayət etmədiyini bildirmişdi. Bundan sonra HSBC bankı Britaniyanın süni nəfəs aparatına tələbatı ödəmək üçün həyata keçiriləcək startaplara sürətli kreditlər verəcəyinə vəd edib.

Qeyd edək ki, bundan əvvəl “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın Çində 1 255 süni nəfəs aparatı aldığı bildirilmişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər