11 C
Baku
Monday, November 25, 2024

25 ildən sonra süni intellekt iş yerlərinin 80%-ni tutacaq

“OpenAI”ya 50 milyon dollar sərmayə qoyan Vinod Xoslanın sözlərinə görə, 10 ildən sonra bəşəriyyət insanabənzər robotlar sayəsində peşəkar xidmətlərə və pulsuz dərmanlara çıxış əldə edəcək.

“Düşünürəm ki, 10 ildən sonra bizdə pulsuz həkimlər, repetitorlar və vəkillər olacaq. Mən proqnozlaşdırıram ki, 25 ildən sonra bir milyard iki ayaqlı robotumuz olacaq. Bu, indiki avtomobil sənayesindən daha böyük bir sənaye yaradacaq”, – Xosla deyir.

O, süni intellektin bəşəriyyətin məhvinə necə gətirib çıxara biləcəyini düşünmək əvəzinə, insanların süni intellektin dünyaya necə müsbət təsir göstərə biləcəyi barədə düşünməli olduğunu hesab edir.

İnvestor çoxdandır süni intellektin inqilabi potensialına inanır. Onun vençur kapitalı firması “Khosla Ventures” 2019-cu ildə “OpenAI”ya və həmçinin “Replit” kimi digər süni intellekt startaplarına da sərmayə qoyub. Bununla belə, Xosla oktyabr ayında demişdi ki, o, hazırda süni intellektə çox da mərc etmək istəmir. Texnologiya ilə bağlı şırnaqları nəzərə alaraq, Xosla AI startaplarının həddən artıq qiymətləndirildiyinə və onlardan yalnız bir neçəsinin sağ qalacağına inanır.

Son xəbərlər
Digər xəbərlər