“Bank Melli İran” Bakı filialı 2024-cü ilin 4-cü rübünü 7 milyon 716 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 3 milyon 871 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artımdır.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildə “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 3 milyon 58 min manat ikən, ötən il 5 milyon 70 min manata qalxıb. Bunun 1 milyon 496 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə İran bankının aktivləri 119 milyon 106 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.2% azdır. Bankın cəmi öhdəlikləri 70 milyon 165 min manat, cəmi kapitalı 48 milyon 941 min manat, yığılmış zərəri isə 24 milyon 670 min manat təşkil edib.