25 qısa və qeyri-adi fakt (II hissə)

1. Gün ərzində insanlar orta hesabla havaya 14 dəfə meteorizm buraxır, hətta siz düşünmək istəsəniz də ki, havaya heç vaxt qaz buraxmırsınız amma bu belə deyil, demək olar ki, hamı belə edir, heç olmasa gün ərzində bir neçə dəfə.

2. Təzəcə yemək yedikdə -yəni tox halda sizin eşitmə qabiliyyətiniz öz itiliyini nisbətən itirir.

3. 60 yaşına qədər insan özünün dadbilmə reseptorlarının demək olar ki, yarısını itirir. Ola bilsin ki, siz öz yeməklərinizin hazırlanmasını əvvəlki tək nənənizə etibar etməli deyilsiniz.

4. Sizin burnunuz 50000-ə yaxın fərqli ətri yadda saxlayır.

5. Dırnaqlar və saçlar ölümdən sonra böyüməyə davam etmir. Onlar insanın ölümündən sonra ən gec məhv olan orqanlardır

6. Qadınlar kişilərə nisbətən daha yaxşı iybilmə qabiliyyəti ilə doğulur və bütün ömrü boyu daha yaxşı iybilmə qabiliyyətinə sahib olurlar.

7. İnsanın gözləri doğulandan eyni ölçüdə qalır, amma burun və qulaqlar heç vaxt böyüməyi dayandırmır.

8. 60 yaşlarına çatanda kişilərin 60, qadınların isə 40 faizi xoruldayır.

9. Həftənin birinci günü ən çox ürək tutmalarının müşahidə olunduğu gündür. Şotlandiyada aparılmış 10 illik tədqiqat nəticəsində müəyyən edilib ki, məhz bazar ertəsi infarkt nəticəsində ölən insanların sayı həftənin digər günləri ilə müqayisədə 20% daha çoxdur. Ekspertlər belə güman edir ki, bu həftə sonu bəzilərinin kefə həddindən çox aludə olması və daha sonra iş həftəsinin başlaması səbəbindən yaşanan stressin qarşılıqlı təsiri nəticəsində baş verir.

10. Əgər su olarsa insan bir-iki ay ərzində qidasız yaşaya bilər. Burada onun piylənmə dərəcəsi və digər faktorlar mühüm rol oynayır.

11. Xəstəliklərin 90%-i stress səbəbindən meydana çıxır və ya daha da ağırlaşır.

12. İnsan bədəni başsız qoyulduqda (yəni baş kəsiləndən sonra( 15020 saniyə ərzində insanın şüuru hələ də onun üstündə olur.

13. İnsanlar emosional göz yaşı ifraz edən yeganə canlı varlıqlardır.

14. Biz gündüzlər gecəyə nisbətən 1 sm daha hündür oluruq.

15. Əgər siz əzələ üzərində işləməyi dayandırırsınızsa, o öz formasını itirməyə iki dəfə daha çox vaxt sərf edir. Amma tənbəl insanlar bu faktı bəhanə kimi istifadə edib idmandan yayınmalı deyillər, əksinə bu amil onlara motivasiya verməlidir ki, insan işlədikcə onun əzələsi daha yaxşı forma əldə edir, çünki yeni əzələ toxumaları yaranır, bu sizə kreslodan qalxıb idman etmək üçün əlavə stimul olmalıdır.

16. Göz yaşları və seliklər (tüpürcək) bir sıra bakteriyaların hüceyrə divarını məhv edən fermentlər (lizotsim) tərkibinə malikdir.

17. Özü-özünü qıdıqlamaq mümkün deyil. Hətta bizim aramızda ən çox qıdığı gələn insanlar belə özünü qıdıqlamaq xüsusiyyətinə malik deyil.

18. Sizin əllərinizin taybatay açılmış hallarda onlar arasındakı məsafə sizin boyunuzun hündürlüyünə bərabər olur. Sizin əlləriniz arasındakı məsafə boyunuzu qiymətləndirmək üçün yaxşı bir vasitədir.

19. Körpələr doğularkən bədənlərində 300 sümük olur, lakin böyük insanın bədənində 206 sümük olur.

20. Bir insan saçı 3,5 unsiyaya tab gətirə bilər. Bu iki konfet batonunun tam çəkisinə bərabərdir və yüz minlərlə saç Rapunsel haqqında nağılı daha çox həqiqətə uyğun edir.

21. Koala və primatlar -unikal barmaq izlərinə malik yeganə canlılardır. Insanlar, meymunlar və koalalar əllərindəki barmaqların ən xırda izlərə malik olmasına görə bütün heyvanlar ələmində ən unikal varlıqlar hesab olunur.

22. Qadınlarda piy əritmə prosesi kişilərə nisbətən daha ləng gedir. Onlarda bu sürət gün ərzində 50 kaloriyə bərabərdir. Reproduktiv rol daşıdıqlarına görə, bir qayda olaraq, qadınlara kişilərə nisbətən daha çox piy bazası tələb olunur, bunun nəticəsində onlar kişilərdə olduğu kimi asanlıqla artıq çəkidən qurtula bilmir.

23. Siz bunu oxuya bilərsiniz? Iansn alğının fneanomel gcüü (Insan ağlının fenomenal gücü). Kembric universitetində aparılmış araşdırmaya əsasən, sözdəki hərflərin hansı ardıcıllıqda yazılması heç bir əhəmiyyət daşımır. Sadəcə birinci və son hərfin öz yerində olması kifayət edir.

Digər hərflər isə səliqəsiz şəkildə dayana bilər, siz yenə də o sözü problemsiz oxuya biləcəksiniz. Məsələ ondadır ki, insan beyni heç də hər hərfi ayrılıqda oxumur, o, söz bütövlükdə qavrayır

24. Titanik gəmisinin tikilməsi üçün 7 milyon dollar, onun haqqında film çəkmək üçün isə 200 milyon dollara ehtiyac var.

25. Zamanımız məhduddur, bu üzdən də onu başqasının həyatını yaşamaqla hədər verməyin. Başqasının düşüncə tərzindən çıxan nəticələr əsasında yaşayaraq, ehkam tələlərinə düşməyin. Digərlərinin fikrilərinin hay-küyünün öz qəlbinizin pıçıltısını dinləməyinizə əngəl olmasına yol verməyin. Və ən vacibi öz intuisiyanız və ürək səsinizə əməl edəcək qədər cəsarətli olun. Çünki, yalnız onlar əslində sizin necə bir insan olmaq istədiyinizi bilirlər. Qalan hər şey isə ikinci dərəcəlidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.