14 C
Baku
Sunday, November 24, 2024

25 qısa və qeyri-adi fakt (I hissə)

1. Ağıllı insanların saçlarında sink və misin miqdarı daha çoxdur.

2. Qışda yay səhnələri çəkilərkən, aktyorlar kamera qarşısına çıxmaqdan qabaq buz sovururlar, bu onların ağzını o qədər soyudur ki, onlar danışarkən nəfəsləri havada kondensasiya olmur.

3. İnsan ciyərlərinin səthinin sahəsi tennis meydançasına bərabərdir.

4. Qreypfrut aromatı orta yaşlı qadını kişilərdən 6 dəfə daha cavan edir. Qavrama heç də həmişə qarşılıqlı olmur və kişilər üçün olan qreypfrut aromatı qadınlarına təsir etmir.

5. Dünyanın ən gənc valideynlərinin 8-9 yaşı olub və onlar 1910-cu ildə Çində yaşayıblar.

6. Hal-hazırda sağ olan insanların sayı, indiyə qədər ölən insanların cəm sayından daha çoxdur.

7. Bir qayda olaraq bədənində xallarının sayı çox olan insanlar, az olanlardan daha uzun ömür sürürlər.

8. Qadınlar kişilərdən iki dəfə daha çox göz qırpırlar.

9. Siqareti çəkməyi atmış orta yaşlı insan digərlərindən bir saat az gecə yuxusu yatır.

10. Gülüş stress hormonlarının səviyyəsini aşağı salır və immun sistemini gücləndirir. Sağlam körpələr orta hesabla gün ərzində 300 dəfə gülürlər. Böyük insanlar isə gün ərzində 15-100 dəfə gülür.

11. Qadın teli kişi saçlarının diametrinin təqribən yarısını təşkil edir.

12. Insan ürəyi 30 fut sahəni suvarmağa bəs edəcək qədər təzyiq yaradaraq, qanı insan orqanizminə paylayır.

13. Beyin 10 vatt gücündə lampanın işlədiyi enerji miqdarına bərabər gücdə işləyir. Cizgi filmlərində qəhrəmanların ağlına yaxşı bir ideya gələndə başının üzərində lampanın işıqlandığı təsvirlər həqiqətdən elə də uzaq deyil. Sizin beyniniz balaca bir lampanın istehsal etdiyi qədər enerji yaradır, bu proses hətta siz yatdıqda belə davam edir.

14. İnsanın həyat fəaliyyəti nəticəsində yaranan tullantıların 75%-i sudan ibarətdir.

15. Beyin təklikdə ağrı hiss etmək qabiliyyətinə malik deyil. Baxmayaraq ki, siz barmağınızı kəsdikdə və ya əlinizi yandırdıqda, beyin əsas ağrı mərkəzidir, beynin ayrılıqda ağrı reseptorları yoxdur və o ağrı hiss etmir.

16. Əzələləriniz haqqında fikirlər sizi daha güclü edə bilər.

17. Insan saçının ömrünün orta davamiyyəti 3 ildən 7 ilə qədərdir.

18. İnsan saçları faktiki olaraq dağılmaya məruz qalmır, onların alışmasını nəzərə almasaq, demək olar ki, onlar çox gec parçalanır. Saçlar soyuq, iqlimin dəyişməsi, su və ya digər təbiət qüvvələri sayəsində məhv edilə bilməz, həmçinin onlar bir çox turşu və aşındırıcı kimyəvi məhsullara qarşı davamlıdır.

19. İnsan mədəsindəki turşu o qədər güclüdür ki, hətta ülgücü belə həll edə bilər. İnsanın mədəsində tapılmış turşu nəinki sizin axşam yeməyinə yediyiniz qidanın həlledicisidir, o həm də bir sıra metalları həll etmək xüsusiyyətinə malikdir.

20. İnsanın əlindəki ortancıl barmağın dırnağı digərlərindən daha sürətlə böyüyür. Və sizin aparıcı əlinizdəki ortancıl (əgər sağ əli daha çox işlədirsinizsə sağ, əgər solaxaysınızsa sol) barmaq ən sürətlə böyüyəndir. Dəqiq səbəbi bilinməsə də, dırnaqların böyüməsi barmaqların uzunluğu ilə bağlıdır. Uzun barmaqlarda dırnaqlar sürətlə, qısa barmaqlarda isə asta böyüyür.

21. Asqırma sürəti saatda 100 km-i üstələyir.

22. Beyin gecələr bütün gün ərzində olduğundan daha aktivdir.

23. Hər bir insan öz ömrünün təqribən yarım saatını bir hüceyrə kimi mövcud olub.

24. Qulaq çirkinin ifraz edilməsi sizin qulağınızın sağlamlığı üçün olduqca vacibdir. Baxmayaraq ki, bəzi insanlar qulaq çirkini həddindən artıq iyrənc hesab edirlər, amma əslində sizin qulağın müdafiə sisteminin çox vacib bir hissəciyidir. O çox böyük ustalıqla daxili qulağı həşərat, mikrob, bakteriyalar, çirkdən qoruyur. O, həmçinin qulaq kanalını təmizləyir və onu yağlandırır.

25. Uşaqlar doğulanda adətən gözləri mavi rəngdə olur. Yeni doğulmuş körpənin gözlərindəki melaninə həmişəlik qalmaq və ya ultrabənövşəyi işığın fonunda tamamilə yoxa çıxmaqdan ötrü müəyyən vaxt tələb olunur. Daha sonra uşaqların gözləri öz əsli rəngini alır. (özünü büruzə verir).

Son xəbərlər
Digər xəbərlər