Müasir cəmiyyətin bəlası infantilizmdir. İnsanlar otuz yaşadək şüur altı olaraq yetkinlik dövrünü təsdiq edən sertifikat alacaqlarını düşünürlər və bununla da həyatın ən vacib illərini qaçırmış olurlar. Halbuki, biz 25 yaşadək gələcəkdə bizə dividentlər gətirəcək bir sıra elementar bacarıqları mənimsəməliyik. Sizcə, onlar hansılardır?
- Özünü təqdim etmək
Uğuru müəyyənləşdirən əsas amillərdən biri özünü təqdim etmək bacarığıdır. Həyat boyu demək olar ki, elə özümüzü “satmaqla” məşğul oluruq: yeni bir insanla tanış olanda, təqdimat hazırlayanda və ya təhlükəsizliyimizi müdafiə edəndə. Dəyərinizi bilin və lazım olduqda artırın.
- Proqramlaşdırma
Proqramlaşdırma – gənc yaşlarda öyrənməli olduğunuz əsas sahələrdən biridir. Belə ki, proqramçılara olan tələbat ildən-ilə artmağa davam edir. Bundan əlavə, kodlaşdırma sizə karyera pilləkənindən daha sürətlə irəliləməyə kömək edəcəkdir.
- Yeni bir şey öyrənmək
Hər insanın hobbisi var. Çalışın məşğul olduğunuz hobbini ideal səviyyəyə gətirəsiniz: inanın ki, naxışvurma bacarığı belə sizə müəyyən gəlir gətirə bilər.
- Komfort zonasından çıxmaq
Siz müstəqil yaşamaq, iş yerini dəyişmək və başqa şəhərlərə (ölkələr olsa, daha yaxşı olar) köçmək təcrübəsini əldə etməlisiniz. Gizlənməyin! Yaşlaşanda yatmaq üçün kifayət qədər vaxtınız olacaq.
- Meditasiya etmək
Müasir dünyanın xüsusiyyətlərindən biri də informasiya bolluğudur və belə bir şəraitdə meditasiya dezinfeksiyaedici dərmana çevrilir: beyninizi lazımsız informasiyadan təmizləyərək, yaradıcı düşüncə üçün lazım olan boşluğu əldə edirsiniz.
- Özünə sərmayə qoymaq
Bəsdir İnternetdə vaxt itirdiniz! Özünüinkişaf üçün əlinizdən gələni edin: yeni nəsə öyrənin, kitab oxuyun. Bir sözlə, potensial işəgötürən üçün dəyərinizi artırın. Müasir dünyada rəqabət çox yüksəkdir. Bundan əlavə, meditasiya stressin səviyyəsini azaldır.
- Səyahət etmək
Biz tədqiqatlar üçün yaradılmışıq və bir yerə bağlı olmaq, xüsusilə gənc yaşlarda, sadəcə axmaqlıqdır. Cibinizdə çox az pul olsa belə, səyahət edin.