Birləşmiş Krallıqdakı Vestminsterin 7-ci hersoqu – Hyu Riçard Luis Qrosvenor dünyanın 400 zəngini siyahısının ən gənc üzvü olub.
İngiltərənin ən varlı üçüncü adamı və Kral ailəsinin yaxın dostu 6-ci Vestminster Hersoqu Cerald Kavendiş Qrosvenorın ani ölümündən sonra Vestminsterin yeni hersoqu 25 yaşlı gənc Hyu Riçard Luis Qrosvenor olub.
“Bloomberg” xəbər agentliyinin yazdığına görə, Qrosvenor 2015-ci ilin noyabrında dünyanın ən zəngin 400 adamı siyahısında ən gənci seçilən “Wal-mart” şirkətinin varisi – Lukas Valtondan dörd yaş daha cavandır. Siyahıdakı digər ən gənc zənginlər isə 32 yaşlı feysbuk yaradıcıları Mark Zuserberq və Dustin Moskovitzdir.
Publika.az








