10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

250 manat yardım necə veriləcək? Sual-Cavab formatı

Dövlət qurumlarının tabeliyində olan və koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrə aid tam təsərrüfat hesablı müəssisələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərinin əmək haqqına görə maliyyə dəstəyi üçün 250 m veriləcək?

Cavablı izah -1: “N” rayonun “M” qəzeti  redaksiyasının təsisçisi rayon İcra Hakimiyyətidir. Təsisçi dövlət təşkilatı olsa da, onun fəaliyyəti tam təsərrüfat hesablıdır. Yəni gəlirini qəzet satışı ilə və xırda elanlarla tənzimləyir. Satışdan əlavə onun heç bir gəlir mənbəyi yoxdur. Əldə etdiyi gəlirdən işçilərin əmək haqqısını və qəzetin sair xərclərini qarşılayır. Təşkilat tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar aprel ayında müraciəti əsasında onun əmək müqaviləsi ilə işləyən işçilərinə 250 manat yardım edilib. Avqust ayında ikinci dəfə birdəfəlik 250 manat ödənişlə bağlı müraciət etməyəcək. Çünki aprel ayında o müraciət etdiyi üçün, onun sistemdə adı var. Bu baxımdan ona ikinci dəfə birdəfəlik ödəmə ediləcək.

Cavablı izah -2: “N” rayonun “S” tabeliyində olan  təsərrüfat  hesablı  və İcra Hakimiyyətində (yəni dövlət qurumuna) tabe təşkilatı var. “S” təşkilata büdəcə hesabına dotasiya verilir və sair yardımlar olur. Tam formada özü-özünü  maliyyələşdirmir.  Pandemiya ilə əlaqədar avqust ayında müraciət  etsə belə  onun əmək müqaviləsi ilə işləyən işçilərinə 250 manat yardım edilməyəcək. Nazirlər Kabinetinin qərarında konkret göstərilir ki,  bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyiciləri və o cümlədən maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

İşçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyiciləri dedikdə nə nəzrdə tutulur?

Cavab: Dövlət Qumuna tabe olan “A” MMC-nin  10 nəfər işçisi var. İyulun 1-nə kimi 5 işçi işdən çıxıb. Belə olan halda ciddi azalmadır. Bu halda onun 6 işçisinə maliyyə yardımı göstərilməyəcək.

Maliyyə dəstəyi hansı formada ödəniləcək?

Cavab: Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Misal: A işçiyə 250 manat 2-yə bölünərək ödəniləcək. Avqust ayında 125 manat, sentyabr ayında 125 manat. Birinci mərhələdə olduğu kimi, vəsait nağdsız formada təşkilatın bank hesabına köçürüləcək. Həmin vəsaitin əmək haqqından başqa, digər məqsədlər üçün xərclənməsinə yol verilmir. Bu xərcələrə nəzarəti Vergi Orqanı həyata keçirir.

Birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Qeyd:  Artıq yeni müraciət üçün vaxt bitdiyi üçün, ödəmələrə başlanıb.

P.S. 250 manatdan artıq yardım almış şəxslərə (işçilərə) bu yardım verilməyəcək. Misal: A mikrosahibkar 260 manat aprel ayında yardım alıb. Adı sistemdə olsa da, təkrar müraciət etməsə də, qərarda konkret 250 manat almış şəxslərə yardım olunacağı göstərilib.

İqtisadçı-ekspert Rauf Qarayev.

Son xəbərlər
Oxşar xəbərlər