19 C
Baku
Friday, October 4, 2024

Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası yenidən qurulur

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası yenidən qurulur.

Cari ilin mart ayından başlayaraq binanın təməl hissəsi 3 metr hündürlüyündə yenidən qazılaraq qurunt sularından yarana biləcək nəmliyə qarşı qoruyucu izolyasiya təbəqəsi ilə təmin olunub. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binaya bir mərtəbə əlavə edilib, bu mərtəbədə beton-qəlib işləri yekunlaşıb, dam örtüyünün vurulması isə davam edir. Yaxın günlərdə arakəsmələrin hörülməsinə başlanılacaq.

Bina hazır olduqdan sonra sonuncu mərtəbədə foye, 4 iş otağı, iclas zalı yerləşəcək. Eyni zamanda, binanın fasad hissəsi milli ornamentlərə uyğun üzlük daşla, ön hissəsi müxtəlif həndəsi formalara malik şüşə konstruksiya ilə üzlənəcək. Ərazidə quraşdırılacaq işıqlandırma sistemi bank binasına xüsusi gözəllik verəcək.

Binanın inşaat işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Tikintidə əsasən yerli tikinti materiallarından istifadə olunmaqla bərabər, təhlükəsizlik tədbirlərinə də ciddi əməl edilir.

Azərtac.az

Son xəbərlər
Digər xəbərlər