12 C
Baku
Saturday, November 23, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “26 İyun – Silahlı qüvvələr günü” münasibətilə Bankların keçirdiyi kredit kampaniyaları

“26 İyun – Silahlı qüvvələr günü” münasibətilə Bankların keçirdiyi kredit kampaniyaları

0
“26 İyun – Silahlı qüvvələr günü” münasibətilə Bankların keçirdiyi kredit kampaniyaları

Pərakəndə bankçılıq sektorunda kredit müştərilərinin cəlb edilməsi məqsədilə daima kampaniyalar və lotoreyalar keçirilir. Bu kampaniyalar formatına görə 2 tipdə olur: Ümumi kampaniyalar və xüsusi seqment müştərilərə ithaf olunmuş kampaniyalar. 1-ci qrupa misal olaraq Yeni il, Novruz və s. bayramlarda keçirilən kampaniyaları, 2-cilərə isə əsasən xüsusi peşə sahiblərinin peşə bayramlarında və ya digər əlamətdar günlərdə keçirilən kampaniyaları göstərmək olar. Bildiyiniz kimi, 26 İyun tarixi silahlı qüvvələr günüdür və bu il milli ordumuzun yaranmasının 100 illik yubileyi ölkə səviyyəsində qeyd edildi. Apardığımız araşdırma nəticəsində məlumuz oldu ki, bu əlamətdar gün münasibətilə banklarımız hərbiçiləri və güc strukturları əməkdaşlarını yaddan çıxarmayıb. Adı çəkilən seqment kifayət qədər geniş kütləni əhatə etdiyi üçün banklarda müvafiq kampaniyalarla bağlı aktivlik müşahidə olunmaqdadır. Sözü çox uzatmadan Sizlərə “26 İyun – Silahlı qüvvələr günü” münasibətilə nağd kredit kampaniyası keçirən Banklar və kampaniya güzəştləri barədə məlumatları təqdim etmək istərdik:

Bank Kampaniyanın son günü Kampaniya güzəştləri Digər şərtlər
Azər – Türk Bank 07.07.2018 Kampaniya çərçivəsində illik faiz dərəcəsi aşağıdakı şəkildə təyin olunur:

Kreditin müddəti:

12 ayadək olduqda – 18%

13 – 24 ay olduqda – 20%

25 – 36 ay olduqda – 22%

Maksimal məbləğ – 20 000 AZN

Maksimal müddət – 36 ay

Komissiya – 1%(min.10 AZN)

Zaminsiz məbləğ – 5000 AZN

Bank of Baku 30.06.2018 Kampaniya çərçivəsində illik faiz dərəcələrinə 5% endirim edilir.

Min.23% – Maks.24%

Maksimal məbləğ – 20 000 AZN

Maksimal müddət – 48 ay

Komissiya – 1% – 2%

Zaminsiz məbləğ – 10 000 AZN

Bank Respublika 11.07.2018 Kampaniya çərçivəsində illik faiz dərəcələrinə 7% endirim edilir.

Kreditin müddəti:

12 ayadək olduqda – 22%

13 – 24 ay olduqda – 24%

25 – 36 ay olduqda – 26%

Maksimal məbləğ – 10 000 AZN

Maksimal müddət – 36 ay

Komissiya – 1%(min.10 AZN)

Zaminsiz məbləğ – 5000 AZN

Bank VTB 29.06.2018 Kampaniya çərçivəsində illik faiz dərəcələrinə 6% endirim edilir.

Müddətdən asılı olmayaraq – 22%

Maksimal məbləğ – 10 000 AZN

Maksimal müddət – 36 ay

Komissiya – 2%

Zaminsiz məbləğ – 3500 AZN

Beynəlxalq Bank 06.07.2018 Kampaniya güzəştləri aşağıdakılardan ibarətdir:

İllik faiz – 2% endirimlə, 23%-dən başlayraq.

Komissiya – 0% (yoxdur)

Maksimal məbləğ – 20 000 AZN

Maksimal müddət – 60 ay

Zaminsiz məbləğ – 5000 AZN