19 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda fərdi yaşayış və bağ evlərinin sayı 4% artıb

2022-ci ilin yanvar-aprel ayları ərzində 107.552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

4 aylıq göstəricinin 26.354-ü (24,5%-i) ilkin, 81.198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.037-i fərdi yaşayış və bağ evi, 26.975-i mənzil, 61.841-i torpaq sahəsi, 1.147-i qeyri-yaşayış binası, 2.261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28.397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5.050 olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər