17 C
Baku
Friday, October 18, 2024

27 sığorta şirkətindən 207,6 milyon manat sığorta haqqı toplanılıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 207,6 milyon manat sığorta haqqı toplanılıb.

Banker.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, sığorta haqqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.

Beş ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 74,5 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 35,9 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-may aylarında 29,5 manat olub.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 2-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Son xəbərlər
Digər xəbərlər