21 C
Baku
Thursday, April 25, 2024

27 yaşlı qız “eManat”ın qarşısında özünü yandırmaq istədi

Bakıda 27 yaşlı qız onun hesabına köçən puldan 100 manat əskik olduğu üçün özünü yandırmaq istəyib.

Hadisə Nərimanov rayonunda yerləşən “Modenis” (eManat) MMC-nin inzibati binasının qarşısında baş verib.

1994-cü il təvəllüdlü S.T. onun hesabına köçürülmüş pulun 100 manat əskik olmasına etiraz edərək binanın qarşısında yerə benzin tökərək özünü yandırmağa cəhd edib. Bu zaman şirkətin mühafizəçiləri müdaxilə edərək onun qarşısını alıblar.

Hadisə ilə bağlı Nərimanov RPİ 17-ci Polis Bölməsində araşdırma aparılır.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər