7 C
Baku
Thursday, December 12, 2024

”Günay Sığorta”da yeni təyinat olub

Sığorta sahəsinin kadrlarından olan Kamran Babayev ”Günay Sığorta” ASC-nin İdarə Heyətinin müşaviri vəzifəsinə təyin edilib.

Şirkətin yaydığı məlumata görə, Kamran Babayev 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb.  2005-2006-ci illərdə o, Londonun “Chartered Insurance” İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.

Kamran Babayev 2003-2007-ci ildə “MBASK Sığorta” şirkətində Anderayter, 2007-2008-ci ildə “Beynəlxalq Sığorta Şirkəti”ndə Baş Anderayter, 2008-2012-ci illərdə isə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə “Buta Sığorta”nın İdarə Heyətinin üzvü, 2017-ci ildən “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri, 2020-ci ildə “Standard Sığorta” şirkətinin sədri vəzifələrini icra edib.

Hal hazırda şirkətdə İdarə Heyətinin sədri vəzifəsini İdarə Heyətinin üzvü Gülnarə Cavadova icra edir. Gülnarə Cavadova 2018-ci ildən “Günay Sığorta” şirkətində çalışır və daha öncə Başak İnam, Az Sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır.

 

Son xəbərlər
Digər xəbərlər