Metronun “28 May” stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzində köşklər sökülür. Səbəbi kimi iyun ayında Bakıda start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq göstərilib.
Xatırladaq ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Öyrəndik ki, köşklər sökülsə də, mağazalar toxunulmaz qalır. Sökülən ancaq köşklərdir. Hansı ki, onlar sonradan qurulublar. Şahidi olduq ki, müxtəlif ödənişləri həyata keçirmək üçün nəzərdə tutulan bankomatlar ticarət mərkəzinə gətirilib. Burada təmizlənmə və rənglənmə işləri həyata keçirilir.