“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Az.Arxitektura” MMC ilə 2.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 387 834 manatdır.