TuranBankın Xırdalan şöbəsi fəaliyyətə başlamışdır®

TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Xırdalan şöbəsini müştərilərin ixtiyarına vermişdir. Yeni şöbə  Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 1287-ci sahə ünvanında yerləşir.

TuranBankın Xırdalan şöbəsində təqdim ediləcək xidmətlərə valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

TuranBank…

Bizimlə etibarlıdır