“Bank Melli İran” Bakı filialı 2024-cü ilin ikinci rübünü 3 milyon 437 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 2 milyon 83 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 65% çoxdur.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-iyun aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 1 milyon 495 min manat ikən, bu ilin 6 ayında 2 milyon 403 min manata qalxıb.
Bu il iyul ayının 1-nə İran bankının aktivləri 114 milyon 856 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6% azdır. Bunun 2 milyon 393 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 2 dəfəyə yaxın azalıb.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 70 milyon 262 min manat, cəmi kapitalı 44 milyon 594 min manat, yığılmış zərəri isə 29 milyon 17 min manat təşkil edib.