27 C
Baku
Friday, July 19, 2024

29 ölkədə koronavirusun yeni ştamı aşkar edilib

Koronavirusun mutasiyaya uğramış yeni forması – “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib.

“Yeni ştam artıq 29 ölkədə tapılıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”, – deyə ekspert narahatlığını ifadə edib.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər