29 yaşlı azərbaycanlı Latviyada parlament üzvlüyünə namizəddir

Əslən Gürcüstanın Borçalı rayonundan olan 1989-cu il təvəllüdlü Asif İbrahimov Latviya Seyminə növbəti seçkilərdə iştirak edəcək.

1996-cı ildən Latviyada yaşayan və sahibkarlıqla məşğul olan A.İbrahimovun namizədliyi ölkədə populyar olan Sosial-demokratik partiya tərəfindən irəli sürülüb.

Son parlament seçkilərində məhz bu partiya qalib gəlib.

Latviya parlament respublikasıdır. Seymə növbəti seçkilər oktyabrın 6-da keçiriləcək.

– oxu.az