8 C
Baku
Thursday, December 12, 2024

292 nömrəli məktəbin balansa verilməsi ilə bağlı sənədləşmə işləri aparılır

Binə məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.

Məktəbin fəaliyyəti BŞTİ tərəfindən nəzarətə götürülüb və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər