Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi “Ricon” MMC ilə 3.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən “Şahbulaq qalası” nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 3 530 197 manatdır.