22 C
Baku
Thursday, May 2, 2024

3 ayda BOKT-lar işçi sayını 100 nəfərə yaxın artırıblar

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2023-cü ilin mart ayının 31-nə 2955 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2022-ci il ilə müayisədə BOKT işçilərinin sayı 405 nəfər və ya 16% artıb. Belə ki, ötən ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 550 nəfər olub.

Ötən ilin sonunda BOKT işçilərinin sayı 2 859 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 96 nəfər artırıb.

Bu dövrdə BOKT-filiallarının sayı isə 279 ədəd olub. 31 mart 2022-ci il tarixində isə BOKT-ların sayı 287 ədəd olub ki, bu da illik müqayisədə 8 BOKT filialının bağlanması deməkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər