Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 149 milyon manat xalis mənfəət əldə ediblər. Ötən ilin eyni dövründə BOKT-lərin mənfəəti 59 milyon manat olub ki, bu da illik müqayisədə 2.5 dəfə artım deməkdir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq statistikasından məlum olur.
Yanvar-sentyabr aylarında BOKT-lərin gəlirləri 2 dəfə artaraq 317 milyon manat olub.
BOKT-lərin xərcləri 125 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 10.3 milyon manat, mənfəət vergisi ödəmələri isə 32.5 milyon manat təşkil edib.