Bayraq günü – 9 noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-u da qeyri iş günü olacaq.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Onun sözlərinə görə, Bayraq günü bazar gününə təsadüf etdiyindən növbəti iş günü – 10 noyabr da qeyri iş günü elan olunub.
Qeyd edək ki, noyabrın 8-i şənbə gününə təsadüf etdiyindən həftənin 5 günü işləyən müəssisələrdə 3 gün qeyri-iş günü olacaq