“SpaceX”, “Axiom Space”in təşkil etdiyi tur çərçivəsində aprelin 8-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) üç turist göndərib.
Bu, korporasiya üçün ilk kommersiya uçuşudur.
Ekipajda keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilot işini görəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli biznesmen Eytan Stibbe var. Onların hamısına tibbi müayinədən və xüsusi hazırlıqdan sonra uçmağa icazə verilib.
BKS-ə səfərin dəyəri 55 milyon dollar (93,5 milyon manat) qiymətləndirilir. Turistlər aprelin 19-da Yerə qayıtmalıdırlar.
Watch live as the Ax-1 astronauts check-in from orbit https://t.co/wtecUunp5q
— SpaceX (@SpaceX) April 9, 2022