9 C
Baku
Monday, November 18, 2024

3 marşrut xəttinin sahibi dəyişdi

Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası avtobus marşrutlarIarı üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, “Bakı-Oğuz-Bakı” marşrutu üzrə hüquqi şəxs “Rüfət” MMC, “Bakı-Qəbələ-Bakı” marşrutu üzrə fiziki şəxs Qəribov Rövşən Hümbət oğlu,“Bakı-Beyləqan-Bakı” marşrutu üzrə fiziki şəxs Talıbov Mahir Tahir oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Son xəbərlər
Digər xəbərlər