“Son 20 ildə Yaxın Şərqdə 7 trilyon dollar xərclədik, amma işıqları söndürmədən təyyarələrimizi endirə bilmirik. Bu çox pisdir. 7 trilyon xərclədik və enərkən işıqlarımızı söndürmək məcburiyyətindəyik”.
Bu açıqlama ilə ABŞ-ın Yaxın Şərq siyasətini şərh edən prezident Donald Tramp çıxış edib.
ABŞ-ın sabiq müdafiə naziri Cim Mettisin adını çəkmədən işarə vuran Tramp “Sonradan qovmaq məcburiyyətində olduğum bir generala “Bu xilafət (İŞİD) nə vaxt tamamilə yox olar” dedim. “Ser, 2 il içində” dedi. Buna razı olmadım və iki il gözləyə bilməyəcəyimi dedim. Başqaları ilə də danışmaq üçün İraqa getdim”, deyib.
Trampın ziyarət etdiyi İraqın Anbar vilayətindəki “Əl Əsəd” bazasını da tərifləyib:
“Endiyim aviabaza inanılmaz bir şeydir. Onu inşa edərkən 3 milyard dollar xərcləmişik. İraqdan çıxmaq istəməməyimin bir səbəbi də budur. Onu necə tərk edək ki?”.
Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərindən də böyük qələbə ilə çıxacağını deyib.