9 C
Baku
Wednesday, December 11, 2024

3 milyon manat vergi borcu olan “Azəri-Med” şirkəti “qapalı” fəaliyyət göstərəcək

“Azəri-Med” MMC təşkilati-hüquqi formasını dəyişib.

Banker.az xəbər verir ki, “Azəri-Med” MMC təşkilati-hüquqi forması dəyişərək “Azəri Med”qapalı səhmdar cəmiyyətinin çevrildiyini elan edir.

Xatırladaq ki, “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur “Zəfəran” apteklər şəbəkəsinə də nəzarət edir. Şirkətin nizamnamə kapitalı 1020 manatdır və qanuni təmsilçisi Famil Rəhimlidir.

Məlumata əsasən, “Azəri-Med” MMC-nin 2 milyon 662 min 470 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 1 oktyabr 2020-ci il tarixinə qədər olandır.

Son xəbərlər
Digər xəbərlər