Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və “sapartners Kovari+Kovari international” GmbH ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanmış müqavilə Ordubad şəhərinin Baş Planının hazırlanması xidmətləri nəzərdə tutulur. Müqavilənin dəyəri isə 653.720 AZN-dir.
“Sapartners Kovari+Kovari international” GmbH ilə olan müqavilə isə Ordubad şəhərinin Baş planının konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasıdır. Bu müqavilənin məbləği isə 1.956.377,07 AZN təşkil edir.