“Salyan – Taxıl” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 23 avqust 2021-ci il saat 11.00-da online formatda keçiriləcəkdir.
Gündəlikdəki məsələlər :
1. Cəmiyyətin 2019- 2020- ci illər üçün maliyyə balansının təsdiqi.
2. İdarə heyəti üzvlərinin yenidən seçilməsi.
3. Maliyyə-təftiş komissiyasının yenidən seçilməsi.
4. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla Salyan şəhəri, 20 yanvar küçəsindəki inzibati binada iş günləri saat 11.00- dan 16.00-dək tanış ola bilərlər.
Ünvan – Salyan şəhəri, 20 yanvar küçəsi.
Əlaqə telefonu – 021 255 – 38 – 31, mobil-050- 327- 90 -77.
Xatırladaq ki, “Salyan-Taxıl” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 241 534 manat və qanuni təmsilçisi Mehman Həsənovdur.