“House Rent Company” MMC-nin fəaliyyətinə xitam verilərək “Green Food Group” QSC-yə qoşulur.
Banker.az -ın məlumatına görə, “Green Food Group” QSC “House Rent Company” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Xatırladaq ki, “Qaya M LTD” MMC şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək “Green Food Group” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdi.
Onu da qeyd edək ki, “House Rent Company” MMC bu ilin fevral ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 188 160 manatdır. “Green Food Group” QSC və “House Rent Company” MMC-nin də qanuni təmsilçisi Zahid Həsənov Zakir oğludur.