28 C
Baku
Saturday, July 27, 2024

3 minə yaxın bioloji aktiv qida maddəsi məhv edilib

“West Coast Pharmaceutical Works Ltd” şirkətinin istehsalı olan “Menaxil” əmtəə nişanlı bioloji aktiv qida maddəsinə qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı fiziki şəxs Əlifov Ayaz Əlixan oğlunun Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bildirilir ki, məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində, məhsul partiyasında qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib. 2 905 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər