14 C
Baku
Saturday, November 23, 2024

3 mln. dollarlıq “Bitcoin” sahibi 11 ildən sonra pul kisəsinə girişi bərpa edə bilib

Maykl təxəllüslü bir Avropa sakini 11 il əvvəl hesabında 43.6 Bitcoin olan pul kisəsinin parolunu itirib. Lakin iki hakerin köməyi sayəsində kriptovalyuta sahibi aktivlərə girişi bərpa edə bilib.

O, izah edir ki, pul kisəsinin parolunu “RoboForm” xidməti vasitəsilə təyin edib. Zaman keçdikcə faylın zədələndiyi və kriptovalyutaya girişin mümkün olmadığı ortaya çıxıb. 2022-ci ildə girişi bərpa etmək ümidi ilə Maykl “ağ” haker Co Qrant ilə əlaqə saxlayıb, o isə dostu Brunoya müraciət edib.

Hakerlər 15 may 2013-cü ildə Maykl tərəfindən yaradılmış parolu tapana qədər bir çox parolları yoxladılar. Mükafat şəklində Qrant və Bruno 38 000 dollar məzənnəsi ilə ticarət edilən bitkoinlərin bir hissəsini özlərinə götürdülər.

Maykl kriptovalyutanın 62 000 dollara qədər bahalaşacağını gözləyib, sonra isə bir hisssəini satıb. Hazırda onun ümumi dəyəri 3 milyon dollar olan 30 Bitcoini var.

Digər Bitcoin investoru Ceyms Hauells o qədər də şanslı olmayıb və hələ də 7500 BTC-nin (təxminən 509 milyon dollar) saxlandığı atılan sərt diski tapmağa çalışır.

Son xəbərlər
Digər xəbərlər