10 C
Baku
Friday, December 13, 2024

3 müflisləşmiş bankın kompensasiyalarının ilkin məbləği açıqlanıb

“Bank of Azerbaijan”, “Gəncəbank” və “United Credit Bank” ASC-dəki sığortalanmış əmanətlər üzrə ümumilikdə 28,8 mln. manat həcmində vasitin ödənilməsi nəzərdə tutulub.

Bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadovun sözlərinə görə, ƏSF-nin vəsaitləri bitərsə, Fondun Mərkəzi Bankdan vəsait cəlb etmək imkanı var: “Bank of Azerbaijan”ın vəsaitələrini ödəyəndən sonra 107,834 mın. manat, “Gəncəbank”a görə kompensasiyaları ödəyəndən sonra 105,884 mln. manat, “United Credit Bank”dan sonra isə 103,169 mln. manat vəsaitimiz qalacaq. Əgər pulumuz qurtarsa, AMB-dən vəsait almaq üçün zəmanətimiz var”.

Report

Son xəbərlər
Digər xəbərlər