27 C
Baku
Wednesday, April 24, 2024

3 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyətinin qərarı ilə 3 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Palatadan bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və MBNP-nin Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən palatanın idarə heyətinin martın 11-dəki qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 3 nəfərə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Eyni zamanda, palatanın idarə heyətinin qərarı ilə bir sıra fiziki şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların aradan qaldırılmaması ilə bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın idarə heyətinin martın 11-dəki qərarı ilə 12 nəfərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər