“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 18 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S
Subyektin adı
Fəaliyyət istiqaməti
İmtina səbəbi
1
İBRAHİM ŞİRDANOV RƏCƏB OĞLU
İlkin istehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
2
VAQİF QURBANOV MÜSLÜM OĞLU
İlkin istehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3
ELÇİN ƏLİYEV NOFƏL OĞLU
İctimai iaşə
Sahibkar hal-hazırda fəaliyyət göstərmir
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.