Ukraynanın Lvov şəhərində Polşa, Litva və Ukrayna dövlət başçılarının üçtərəfli görüşü keçirilib.
Bu barədə “Unian” agentliyi məlumat yayıb.
Görüş Polşa prezidenti Anjey Duda və Litvanın dövlət başçısı Qitanas Nausedanın Ukraynaya səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər birgə bəyannamə imzalayıblar.