8 C
Baku
Sunday, November 17, 2024

3 qat artım! Ölkədə e-ticarətlə ödənişlər 4.45 mlrd. manata çatdı

Azərbaycanda bank kartları ilə elektron ticarətdəki ödənişlərin həcmi bir qədər də artaraq öncəki ili 3 dəfəyə yaxın üstələyib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində bank kartları ilə 4 mlrd. 448 mln. manat təşkil edib. Bu da 2021-ci ilin eyni dövründə 1 mlrd. 601 mln. manat olduğunu nəzərə alsaq 2.8 dəfə artım deməkdir. Qeyd edək ki, bu 2020-ci ildə cəmi 1 153 mln. manat idi.

Azərbaycanda bu ödənişlər aybaay artır. 2021-ci ilin son ayı -dekabrı nəzərə almasaq hər ay üzrə artım dinamikası müşahidə edilir. Məsələn, 2022-ci ilin yanvarında 920 mln. manat, fevralında 1 016 mln. manat, martında 1 242 mln. manat və aprelində isə 1 270 mln. manatlıq elektron ticarətdə ödənişlər olub.

 

Son xəbərlər
Digər xəbərlər