AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bərdədə pendir istehsalı müəssisəsində müəyyən edilən çirklənmə və avadanlıqların yararsızlığı, Nizami rayonunda ictimai iaşə obyektində qidaların saxlanma qaydalarının pozulması, Masallıda isə kafedə antisanitar şəraitin olması səbəbindən hər üç müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.







