İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 3 dövlət əmlakı özəlləşdirilib.
Banker.az-ın məlumatına görə, bunlardan 1-i Saatlı rayonunda, biri Abşeron rayonunda, digəri isə Kürdəmir rayonunda yerləşir.
Hərracda “Saatlı Broyler” ASC, “Masazır Quşçuluq” ASC və “Kürdəmir Quçşuluq” ASC-nin dövlətə məxsus səhm paketləri özəlləşdirilib.
Məlumat üçün bildirək ki, hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər
Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.