Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 10 490 850 manat təşkil edir.