Qida məhsulları sahəsində fəaliyyət göstərən 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər aşağıdakılardır:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | “PƏRVİZ İKF” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 | SABİT MƏMMƏDOV SEYYAB OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 | ELXAN ALIYEV MƏTİ OĞLU | İctimai iaşə | Sahibkar fəaliyyətini dayandırıb |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.