20 C
Baku
Sunday, October 13, 2024

3 şirkət “PMD Group”a qoşuldu

“PMD Group” MMC” “AY-NT” MMC , “Aliot” MMC və “Capital Hotel Company” MMC -nin ona qoşulması və bu qoşulma nəticəsində “PMD Group” MMC-nin yenidən təşkil olunmasını elan edir.

Banker.az xəbər verir ki, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, “AY-NT” MMC, “Aliot” MMC və “Capital Hotel Company” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “PMD Group” MMC-yə keçir.

“Capital Hotel Company” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 29 421 605 AZN təşkil edir. “AY-NT” MMC-nin nizamnamə kapitalı 2 897 230 , “Aliot” MMC-nin nizamnamə kapitalı isə 1000 AZN-dir.

“PMD Group”un əsas fəaliyət istiqamətləri aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyulması və daşınmaz əmlakın idarə olunması üzrə sahələridir.

 

Son xəbərlər
Digər xəbərlər